Seçkilərdə "exit-poll" keçirmək üçün iki təşkilat qeydə alındı
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.
Adalet.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, MSK uzun illərdir seçkilərdə “exit poll” keçirmək üçün müraciət edən təşkilatlara şərait yaradır.
Onun sözlərinə görə, MSK-ya müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək niyyətindədirlər:
“Bu təşkilatlar 119 seçki dairəsinin 875 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb. Beləliklə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası və onun amerikalı tərəfdaşı olan quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.
Qərar səsverməyə qoyularaq, qəbul edilib.
Digər Xəbərlər
06 Dekabr 2025 18:02
İlham Əliyev BƏƏ-nin şirkət rəhbərlərini qəbul etdi - YENİLƏNİB
06 Dekabr 2025 16:16
Hikmət Hacıyev Qriqoryanla müzakirə apardı
06 Dekabr 2025 16:00
Donald Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
06 Dekabr 2025 14:49
Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... - Səxavət Məmməd yazır
06 Dekabr 2025 14:46
“Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır...”
06 Dekabr 2025 14:03
Prezidentin köməkçisi Qətər Əmirinin müşaviri ilə müzakirə apardı
06 Dekabr 2025 12:05
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü
06 Dekabr 2025 11:12


Bakı -°C

