Mustafayev və Qriqoryanın qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi bilinib
Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin hansı ərazilərdə keçirildiyi məlum olub.
Adalet.az xəbər verir ki, Ermənistanın mediası Baş naziri Mqer Qriqoryanın ofisinə istinadən məlumat yayıb ki, sentyabrın 5-də Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri sərhəd bölgələrində keçirilib.
Ermənistan tərəfinin səfərləri Syünik (Zəngəzur) bölgəsinin cənub hissəsində, Azərbaycan tərəfinin səfərləri isə Zəngilan rayonunun cənubunda həyata keçirilib.
Qeyd olunub ki, nümayəndə heyətlərinə sərhədin demarkasiyası üzrə komissiyaların, eləcə də hər iki ölkənin Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.
Bidlirib ki, növbəti görüşün vaxtı, yeri və müzakirə olunacaq məsələlər hələlik dəqiqləşdirilməyib, proses hələ müzakirə mərhələsindədir.
Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.
Digər Xəbərlər
08 Sentyabr 2026 17:28
Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək
08 Sentyabr 2026 17:17
Baş nazir Lyu Haysinlə görüşdü
08 Sentyabr 2026 15:19
Trampın son paylaşımı nə deməkdir?
08 Sentyabr 2026 14:10
“Avropada bir kabus dolaşmaqdadır, alman faşizmi”
08 Sentyabr 2026 12:07
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
08 Sentyabr 2026 10:52
XİN Şimali Makedoniya və Andorranı təbrik edib
08 Sentyabr 2026 10:49
Azərbaycanın müstəqil xarici siyasəti regional mövqeyini gücləndirir
08 Sentyabr 2026 10:38


Bakı -°C

