Naxçıvan əhalisinin neçə faizini qadınlar təşkil edir?
Hazırda muxtar respublikada 231614 qadın yaşayır ki, bu da əhalinin 50%-ni təşkil edir.
Adalet.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, əgər ötən il 6979 qadın sahibkarlıq fəaliyyətləri ilə məşğul idisə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11.4% artaraq 7772 nəfər olub.
Bu ilin müvafiq dövrünə olan məlumata əsasən istirahət, əyləncə və incəsənət sahəsində 3392 nəfər çalışır ki, bunların 63.6%-i qadınlardır. Eləcə də təhsil sahəsində 9931 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5% çox), əhaliyə səhiyyə və sosial xidmətlər göstərilməsi sahəsində 4037 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çox), dövlət qulluğu sahəsində 494 nəfər qadın çalışır. Mədəniyyət müəssisələrində rəhbər vəzifələrin 37-ni qadınlar tutur.
Bunlarla yanaşı ölkədə qadınlarla bağlı qəbul edilən qərarlar, təkmilləşdirilən hüquqi təchizatlar nəticəsində muxtar respublikanın ictimai-siyasi həyatında qadınların fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 1 nəfər Azərbaycan Respublikası Milli Məclisinin, 11 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvlərinin 43.7%-ni qadınlar təşkil edir. Habelə yerli özünüidarəetmə orqanlarında üzv olan qadınların sayı 221 nəfərdir. Onlardan 9-u bələdiyyə sədri, 1-i isə bələdiyyə sədrinin müavinidir.
Digər Xəbərlər
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58
Kəlbəcər şəhərinə növbəti KÖÇ - FOTOLAR
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40


Bakı -°C

