Naxçıvan sakinlərinə 56,5 min manat ƏDV qaytarıldı
Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184.522 kassa çeki üzrə 56,5 min manatdan çox, cari ilin fevral ayında isə 137.184 kassa çeki üzrə 34,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən Adalet.az-a bildirilib ki, yanvar ayı ilə müqayisədə fevral ayında kassa çekləri üzrə 2,9 dəfə, qaytarılan məbləğ üzrə 1,6 dəfə artım olub.
Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara geri qaytarılır.
Digər Xəbərlər
08 May 2024 14:24
Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib
08 May 2024 13:49Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
07 May 2024 17:56Hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirildi
07 May 2024 10:58"Azərbaycanla Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq" - Nazir
07 May 2024 09:34