Naxçıvanda hərbi sursatlar aşkar edildi

Naxçıvanın bir sıra rayonlarında hərbi sursatlar aşkar edilib.
Adalet.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Naxçıvan şəhər Xətai məhəlləsi, Ordubad rayonunun Kotan və Xanağa kəndləri, Kəngərli rayonunun Yeni Kərki kəndi və “Sement zavodu” adlanan ərazilərində hərbi sursatların aşkar edilməsi barədə daxil olan məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerlərinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların ümumilikdə 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 120 mm-lik top mərmisi, 3 ədəd 40 mm-lik RPQ-7V qumbaraatan mərmisi, 4 ədəd RPQ-7 qumbaraatanın aparıcı qüvvəsi və təlim üçün nəzərdə tutulmuş 1 ədəd RQD-5 olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Əlavə axtarışlar zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər

İsmayıllıda mal-qarada quduzluq xəstəliyi yayılıb, araşdırma başladı - VİDEO

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

Prokurorluq 10 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

"Boranı" restoranındakı yanğın söndürüldü - YENİLƏNİB

İşə düzəldiyini qeyd etməkdən qayıdarkən qəzaya düşüb - TƏBİB-in əməkdaşının ölümünün detalları

Dumanlı havalar təhlükədir
jpg-1741873098.jpg)
Zaxarova, sanki Ukraynalı uşaqlar durduğu yerdə ölüb, axı...
