Naxçıvanda “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib - FOTOLAR
Oktyabrın 4-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Regional medianın inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında media subyektləri və nümayəndələrinin müasir media trendlərinə uyğun formada fəaliyyət göstərməsi, bu sahədəki mövcud çağdaş yanaşmaların tətbiq edilməsi üçün geniş şərait yaradılıb. O, istər maddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanması baxımından bu gün Naxçıvanda sağlam mətbuat strukturunun formalaşdığını, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsinin Naxçıvan mediası üçün başlıca amillər sırasında yer aldığını diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Agentlik media sahəsində mütəxəssislər hazırlanması, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində çoxşaxəli tədbirlər reallaşdırır. O, region mediası üçün dayanıqlı inkişaf mexanizmlərinin formalaşdırılması, media subyektlərinin cari vəziyyətinin qiymətləndirilməsi və müəyyənləşdirilən ehtiyaclar əsasında inkişaf proqramlarının təşkili məqsədilə icra olunan “Regional Medianın İnkişafı” layihəsinin Naxçıvanda ilk dəfə olaraq həyata keçirildiyinə diqqət çəkərək Naxçıvan Muxtar Respublikasının çoxillik tarixi ənənələrə malik media subyektlərinin müasir trendlərə, innovativ tətbiqlərə qoşulmasının, beynəlxalq səviyyədə tərəqqisinin prioritetlərdən olduğunu vurğulayıb.
Daha sonra Audiovizual Şuranın üzvü Bəxtiyar Balakişiyev çıxış edərək region mediasında yeniliklərin tətbiqi məqsədilə görülən işlərin ümumilikdə, ölkə mediasının inkişafına təsiri barədə danışıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə regional medianın inkişafı istiqamətində MEDİA Agentliyinin və Mətbuat Şurasının birgə fəaliyyətinin əhəmiyyətini qeyd edərək, region mediasının müasir standartlara uyğun infrastrukturunun formalaşmasının, əhalinin informasiyaya əlçatanlığının təmin edilməsi və ictimai-siyasi, mədəni-tarixi cəhətdən maarifləndirilməsinin, habelə sözügedən sahədə uzunmüddətli davamlı inkişafın təşviqinin vacibliyini diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova Naxçıvan mediasının ümumi mənzərəsi və inkişaf tendensiyası, yerli media subyektlərinin və nümayəndələrinin fəaliyyəti, eyni zamanda onların ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı aparılan sorğuların nəticələrinə dair təqdimatla çıxış edib.
Sonra keçirilən sorğuların nəticələri ilə bağlı Naxçıvan media nümayəndələri ilə müzakirələr aparılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Digər Xəbərlər
28 Noyabr 2025 13:21
Media sahəsində tədbirlər planı təsdiqləndi
28 Noyabr 2025 13:16
“Şirməmməd Hüseynov mükafatı”nın yeni qalibi telejurnalist oldu
28 Noyabr 2025 11:16
TDT çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur
28 Noyabr 2025 11:12
Əhməd İsmayılov: Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır
27 Noyabr 2025 13:42
Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası oldu - YENİLƏNİB + FOTOLAR
27 Noyabr 2025 10:34
MEDİA: Azərbaycan TDT-yə üzv dövlətlərinin tədbirlərində iştirak etməkdə maraqlıdır
26 Noyabr 2025 13:25
Rəşad Məcid: Mətbuat Şurasının Dil Komissiyası işini intensivləşdirəcək
21 Noyabr 2025 13:32


Bakı -°C

