Nazarbayevin qızı Qazaxıstan xalqına təşəkkür etdi
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva ölkədə baş verən hadisələrdən üzüldüyünü və qazax xalqına bu çətin günlərdə atasına dəstək göstərdikləri üçün təşəkkürünü bildirib.
"Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə qarşılayıram. Həlak olan və zərər çəkən insanlara təsəlli vermək üçün söz tapmıram. Həlak olan insanların ailə üzvlərinə dərin hüznlə baş sağlığı verirəm"-deyə Aliyə Facebook səhifəsində yazıb. "Hamımız üçün bu faciəli dərs tariximizdə sonuncu olsun", "Sülh vaxtı, insanların öldürülməsi düz deyil"- deyə eks prezidentin qızı qeyd edib.
"Həmçinin sizlərdən aldığım dəstək üçün təşəkkür edirəm. Atama mənəvi dəstək verdiyiniz üçün də təşəkkürlərimi bildirirəm. O, hazırda müxtəlif regionların sakinlərindən çoxlu məlumatlar alır"- deyə Nazarbayeva bəyan edib.
Nazatbayevin kiçik qızının 41 yaşı var, o, bizneslə, xeyriyəçiliklə, ictimai fəaliyyətlə, həmçinin filmlərin prodüsserliyi ilə məşğul olur. 2017-ci ilin noyabrından ölkədə yeni yaradılan Ekoloji Assosasiya təşkilatına rəhbərlik edir.
Rüstəm Hacıyev
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

