Nazirə parlamentdə HÜCUM OLDU
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin daxili işlər naziri Ali Yerlikayaya hücum edilib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri onun zala daxil olmasına mane olmağa çalışıblar. Nazirə qarşı hücumlar zalda da davam edib. Mühafizəçilər onu izdihamın içərisindən çıxarıblar.
Məlumata görə, millət vəkilləri nazirin son qəyyum təyinatlarına etiraz ediblər.
Hadisəyə münasibət bildirən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik bunu qəbuledilməz adlandırıb.
O, özünün “X” hesabında yazıb ki, kimsə nazirləri və millət vəkillərini susdura bilməz: “Barbarlıqla siyasi mübarizə məsələsində təcrübəliyik. Bu mübarizəni konkret formada davam etdirəcəyik. Barbarlıq layiqli siyasi və hüquqi cavabını alacaq. CHP bu hücumla bağlı lazımi tədbirlər görməlidir”.
Digər Xəbərlər
23 Iyul 2026 17:57
Trampdan İrana sərt xəbərdarlıq: Husilərin hücumuna görə cavab verəcəksiniz
23 Iyul 2026 16:18
Şahin Şıxlinski ilə bağlı şok qərar
23 Iyul 2026 16:13
Aİ "Google"u 890 milyon avro cərimələyib
23 Iyul 2026 16:11
İraqın Baş naziri Tehrana səfər edib
23 Iyul 2026 14:40
Bu ölkədə vəba xəstəliyi yayılır - Ölənlərin sayı isə...
23 Iyul 2026 12:47
"ABŞ gecə saatlarında İrana novbəti hava zərbələri endirib"
23 Iyul 2026 12:27
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
23 Iyul 2026 10:35


Bakı -°C

