Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı
Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: "İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir".
F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində "Yaşıl həftə" elan olunub: "Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq".
Digər Xəbərlər
21 Dekabr 2024 11:17
Direktorların işə qəbulu üzrə imtahan keçirilir
20 Dekabr 2024 19:34Bakıda uşaq bağçasının müdiri nöqsanlara görə işdən azad edildi
20 Dekabr 2024 18:10Palata Təhsil Tələbə Krediti Fondunda nöqsanlar aşkarladı
20 Dekabr 2024 12:5371 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə dərslər bərpa olundu
20 Dekabr 2024 11:05