adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
20 Yanvar 2021 15:08
132232
MƏMLƏKƏT

 Vətən Müharibəsi Qəhrəmanı -“XTQ Yaşar" növbəti dəfə təltif edildi

Ali Baş komandan tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif olunmuş, Şuşaya ilk bayraq sancan və 28 ildən sonra Gövhərağa məscidində azan oxuyan əsgərimiz Yaşar Hüseynov növbəti bir təltifə layiq görülüb. 

Adalet.az saytı xəbər verir ki, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi üçün  XTQ- Xüsusi Təyinatlı Qüvvələrin  baş giziri Y. Hüseynov bu dəfə  Azərbaycan Prezidentinin “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.  Yeri gəlmişkən, “Şuşanın azad olunmasına görə” medalı ilə 4 646 hərbçi təltif  edilib.

Baş Gizir Yaşar Hüseynov ailəlidir, 2 övladı var. 

Qeyd edək ki, günümüzün qəhrəmanı Yaşar Hüseynov - O, 1981-ci ildə Ağdam rayon Abdal kəndində dünyaya gəlib. 20 ildir Azərbaycan Ordusunda xidmətdədir. 2014-2016-cı illərdə baş verən döyüşlərdə Xüsusi Təyinatlı kimi yaxından iştirak edib. Hətta 2014-cü ilin avqust əməliyyatında yaralanıb. 4 günlük Aprel döyüşlərində də xüsusi fəallığı ilə seçilənlərdən olub. 

 Əntiqə Rəşid