"Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz..." - Komitə sədri
"Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. O bildirib ki, ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır:
"Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil, bütün azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu. Bəli, emin hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir- nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız. Emin və mehman hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün, indi hansı qüvvələrlə savaşırıq".
Digər Xəbərlər
20 Fevral 2026 12:19
Prezident "Sülh Şurası"nın ilk iclası ilə bağlı paylaşım etdi - VİDEO
20 Fevral 2026 11:47
"Bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz" - Deputat
20 Fevral 2026 11:25
İlham Əliyevin ABŞ səfəri başa çatdı
20 Fevral 2026 11:13
“Hər kəs əmin və rahat olsun ki, hər şey Azərbaycan üçündür...”
20 Fevral 2026 11:08
Spiker: Azərbaycan dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir
20 Fevral 2026 11:00
MM-in növbəti iclası: Gündəlikdə 10 məsələ var
20 Fevral 2026 10:53
“Berlinə atılan ilk bomba zooparkdakı yeganə fili öldürmüşdü...”
19 Fevral 2026 23:10


Bakı -°C

