adalet.az header logo
  • Bakı -°C
20 Fevral 2026 12:46
113
HADİSƏ
A- A+

Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Zibeydə Əhmədovanın nəşinin qalıqları bu gün ailəsinə təhvil vertilib.

Adalet.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xocalı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində rayon sakinləri, rəsmi şəxslər və şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımında itkin düşüb.