“Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Adalet.az-ın məlumatına görə, “Neftçi” “Asco Arena”da “Səbail”in qonağı olub. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.
Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi” ilk pilləyə yüksəlib. 5 xalı olan “dənizçilər” isə 7-ci sırada qalıb.
Turun açılış matçında “Sabah” evdə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, sentyabrın 17-də “Qəbələ” - “Sumqayıt” oyunu, bir gün sonra isə “Kəpəz” - “Şamaxı” və “Zirə” - “Qarabağ” matçları baş tutacaq.
Digər Xəbərlər
25 Sentyabr 2026 19:36
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
25 Sentyabr 2026 19:29
“Sabah”ın ev oyunları üçün VIP paket biletlər satışa çıxarıldı
25 Sentyabr 2026 18:24
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
25 Sentyabr 2026 17:31


Bakı -°C

