“NEFTÇİ»NİN FUTBOLÇULARI «SƏNİ AXTARIRAM» VERİLİŞİNƏ ÇIXACAQ
Bir aya yaxındır ki, «Neftçi» baş məşqçisiz qalıb. İki məşqçi tapmışdılar – biri «Şerif»in ukraynalı çalışdırıcısı, o da hərbi mükəlləfiyyətli olduğu üçün Bakıya gəlişi alınmadı. Biri də «Kuban»ın məşqçisi, o da o qədər şərt qoydu ki, özü ilə də bir «ZİL -130» məşqçi gətirmək istədi və təbii ki, yüksək də maaş, o da baş tutmadı.
Klubların Avropa çempionatı da başladı, amma hələ də «Neftçi» başsız qalıb.
Belə getsə, «Neftçi»nin futbolçuları gərək çıxa Xoşqədəm xanımın «Səni axtarıram» verilişinə, məşqçi axtarışına.
Şabanın bir filmi var, basketbolla bağlıdı. Afrikalı oyunçu axtarırlar, Şaban gedir üz-gözünü, əl-ayağını qaraldır və gəlir. Bəh-bəhlə qəbul edirlər. Hamıdan da yaxşı oynayır. Yadımdan çıxıb, gərək ki, tualetdə çişş edəndə görürlər ki, afrikalı deyil, döyüb-qovurlar.
Görürsünüz, De Byazinin ətəyindən necə yapışmışıq? Onun yerində bir azərbaycanlı məşqçi olsaydı, indi çoxdan təpə-qapaz eləmişdik.
Yadıma düşmüşkən, «Qarabağ» komandasına 60-70-ci illərdə əslən gəncəli olan Elxan Cavadzadə adında bir məşqçi gəldi. Və ağıllı futbol gətirdi, elmli futbol gətirdi, sistem gətirdi. Onacan əsasən «bey-beqi» - güc futboluydu. Cavadzadə Ağdama gələnəcən Gürcüstanın hansısa komandasında oynayırdı. Bilirsiniz, gürcülər onun adını necə gürcüləşdirmişdi. Siyahıda belə yazırdılar və belə də çağırırdılar: Cava Elxandze.
Deyirəm bəlkə Samir Abbasov da familiyasını dəyişsin, yazsın: Desam don Abas. Bəlkə yenidən yalvarıb gətirdilər «Neftçi»yə.
Digər Xəbərlər
06 Oktyabr 2026 23:24
Ronaldo qərarını DƏYİŞDİ
06 Oktyabr 2026 19:00
Azərbaycan Dünya çempionatında daha bir medal qazandı
06 Oktyabr 2026 17:13
“Bavariya” Keynlə razılaşdı
06 Oktyabr 2026 15:47
Olisedən tarixi göstərici
06 Oktyabr 2026 14:14
Hidayət məğlub oldu - YENİLƏNİB
06 Oktyabr 2026 09:29
Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır
06 Oktyabr 2026 09:25
Millətlər Liqası: İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qarşı
06 Oktyabr 2026 08:53


Bakı -°C

