"Neftdən asılılığın azaldılması əsas prioritetdir” - Nazir
“2026-cı il üçün dövlət və icmal büdcələrin layihələri ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır: "Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib. Təqdim olunan 2026-cı il dövlət büdcəsi layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir".
Digər Xəbərlər
19 Noyabr 2025 13:13
Əhalinin banklarda nə qədər əmanəti var? - AMB sədri açıqladı
19 Noyabr 2025 13:07
Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı
19 Noyabr 2025 12:45
Nazir gələn ildən maaşların vergiyə cəlb olunmasından danışdı
19 Noyabr 2025 12:44
Son 7 ildə özəl sektorda əməkhaqqı fondu 3 dəfə artıb
19 Noyabr 2025 12:35
"Özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb" - Mikayıl Cabbarov
19 Noyabr 2025 11:58
Gələn il təqaüd alanların sayı 121 min nəfərə çatacaq
19 Noyabr 2025 11:46
Azad edilmiş ərazilərə ayrılmış vəsait açıqlandı
19 Noyabr 2025 11:44


Bakı -°C

