"Dövlətin artan imkanları sosial təminatın gücləndirilməsinə şərait yaradıb" - Nazir
"Uzunmüddətli makroiqtisadi dayanıqlılığın təməl şərtləri olan strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, dövlətimizin artan imkanları sosial təminatın gücləndirilməsinə, ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb: “2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əməkhaqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar cənab Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupdan olan vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına göstərdiyi diqqətin növbəti təzahürüdür”.
Digər Xəbərlər
02 Aprel 2026 12:22
Nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
02 Aprel 2026 11:32
Üçünün bir məqsədlə birləşməsi nəyisə dəyişə biləcəkmi? - İqtisadçı
31 Mart 2026 17:38
Azərbaycan-Türkiyə biznes tərəfdaşlığı müzakirə edildi
31 Mart 2026 11:21


Bakı -°C

