Nəsimi Nəbizadə: “Buna görə özümü heç vaxt bağışlamayacam”

Əməkdar jurnalist Nəsimİ Nəbizadə “Qapqara” proqramında etirafları ilə tamaşaçılarının diqqətini çəkib.
Adalet.az xəbər verir ki, o, narkotikə qurşanmasından və bacısına etdiklərinə görə peşman olduğunu bildirib:
“Nəsimi Nəsimidən üzr istəyir, amma Nəsimi Nəsimini bağışlamır. Ən birinci ona görə özümü bağışlamıram ki, bacımı incitmişəm. O, həmişə mənimlə fəxr edirdi. Adam bacısın incitməz, kişi bacısın incitməz. Bacıma dərd verdiyim üçün özümü bağışlamayacam.
Keçmişi unutmaq olmaz. Keçmişini unudanın gələcəyi olmaz, deyirlər.İnsanın mahiyyətində cığallıq var. İnsan bir halda cığallıq edə bilmir: vaxta uduzanda. Gələn il mənim 50 yaşım olacaq. Mən özümü vaxta uduzmuş insan hesab edirəm. Bu yaşıma çatmışam, ailə qurmamışam. Bunun özü də vaxta uduzmaqdır. Elə şeylər var ki, onu vaxtında etmək lazımdır. Amma mən onları etməmişəm. Deyərdim ki, 40 yaşında kişilər kamilləşir. Mən bunu özümdə yaxşıça hiss etmişəm. Ətrafa, hadisələrə, insanlara yanaşmamdan aydın hiss edirəm. Mənim həyatımda elə bir dövrüm var ki, ona “səfeh dövrüm” deyirəm. Həmən o “səfeh dövrüm” 40 yaşla 50 yaşın arasına düşdü. Heç bilmədim necə oldu. Pis insanlara lənət olsun.”
Əntiqə Kərimzadə
Digər Xəbərlər

MEDİA Özbəkistanın media nümayəndələri üçün təlim keçirib - FOTO

Hikmət Hacıyev media rəhbərləri ilə görüşdü - FOTOLAR

MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib - FOTOLAR

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi - FOTOLAR

MEDİA qəzetlərə və saytlara dəstək üçün müsabiqə elan etdi

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir
