Netanyahu ABŞ-yə səfər etməyi planlaşdırır
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
"Baş nazir Netanyahu fevralın ilk həftəsində Ağ Evdə Prezident Trampla görüşməyi planlaşdırır", - mənbələr bildirib.
Qeyd olunur ki, Netanyahu bu il yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Ağ Evə görüşə gələcək ilk dövlət lideri olacaq.
Digər Xəbərlər
28 Yanvar 2025 19:35