Sabah bu rayonda qaz olmayacaq
Cəlilabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə olacaq.
Adalet.az-ın məlumatına görə, yanvar 30-u saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 3 500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseyn, A.Azərtürk, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək və Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Digər Xəbərlər
29 Yanvar 2025 17:20