Sərnişin avtobusu aşdı - 24 yaralı - VİDEO - YENİLƏNİB
Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı 24-ə çatıb.
Adalet.az-a TƏBİB-dən verilən məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində yanvarın 28-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.
***
15:48
Lənkəranda baş verən yol qəzası ilə bağlı araşdırma aparılır.
Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
O bildirib ki, Yanvarın 28-də saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "Vaz" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb. Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.
***
15:34
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 23 nəfər xəsarət alıb.
Adalet.az xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəzada xəsarət alanların adları açıqlanıb:
Kərimova Akifə Aşur (1965)
Ramazanzadə Xəqani Fizuli (1991)
Manafova Jalə Xankişi (1989)
Cəfərova Günay Natiq (1982)
Əliyeva Gülnar Şəmşir (1985)
Qəmbərov Yusif İbrahim (1968)
Hüseynov Cəvahir Rövşən (2008)
Bayramova Ulduz Sədaqət (1989)
Xudaverdiyev Səttar Ramin (2003)
Axundzadə Könül Xaliq (2002)
Əlizadə Əlifağa Xudu (1995)
Allahverdiyeva Rüqǝyya Ramil (2016)
Ağazadə Yusif Vüqar (2013)
Hüseynova Sevda Qurban (1992)
Zəkiyeva Ülkər Maksud (1994)
Məmmədova Aygün Şamil (1963)
Xudaveridiyeva Nuridə (1979)
Əkbərov Çingiz Əşrəf (1984)
Əkbərzadə Maksum Şahid (2002)
Əliyeva Nuranə Rafiq (1981)
Əhmədova Nazilə Cəfər (1955)
Babayeva Arzu Azad (1985)
Rüstəmov Hümmət Fizuli (1975)
***
14:42
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 21 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
14:16
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.