10 Oktyabr 2025 15:33
103
DÜNYA

Netanyahu: Müharibə yenidən başlaya bilər

HƏMAS hərəkatı saziş çərçivəsində öhdəliklərini yerinə yetirməsə, İsrail "çətin yolla" gedəcək.

Adalet.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"HƏMAS tərksilah ediləcək, Qəzza zolağı isə silahsızlaşdırılacaq. Əgər bu, asan yolla əldə edilərsə, çox gözəl. Əgər bu mümkün olmasa, çətin yolla əldə ediləcək", - Baş nazir döyüş əməliyyatlarının bərpasına işarə edib.