10 Oktyabr 2025 17:33
272
DÜNYA

Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq olub-olmaması haqqında fikir söyləmək ona düşmür.

Adalet.az xəbər verir ki, Putin Nobel Sülh mükafatının nüfuzunun çoxdan sarsıldığını hesab edir.

V.Putin, həmçinin qeyd edib ki, Tramp bu mükafatı almaq üçün çox şey edib.

"Yaxşı, bilirsiniz, Nobel mükafatını kimə vermək mənim qərarım deyil. Elə hallar olub ki, komitə Nobel sülh mükafatını sülh üçün heç nə etməyən insanlara verib. Və mənim fikrimcə, bu qərarlarla onlar bu mükafatın nüfuzuna böyük zərər vurublar" - deyə Putin qeyd edib.

Onun sözlərinə görə, mükafat dəfələrlə "ümumiyyətlə heç nə etməmiş" insanlara verilib.

V.Putin bildirib ki, "Tramp həqiqətən illər, bəzən də onilliklər boyu davam edən mürəkkəb böhranları həll etmək üçün çox iş görür".

Rusiya lideri onu da deyib ki, ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini tənzimləməyə səmimi şəkildə çalışır. "O, əminliklə çalışır, sülhə nail olmaq və mürəkkəb beynəlxalq vəziyyətləri həll etmək məsələləri üzərində işləyir. Parlaq nümunə - Yaxın Şərqdəki vəziyyətdir" - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Nobel mükafatı komitəsi sülh mükafatını Venesuela parlamentinin keçmiş deputatı, müxalifətçi siyasətçi Maria Korina Maçadoya verib. ABŞ prezidenti Donald Trampın namizədliyi də mükafata irəli sürülmüşdü.