Sumud donanmasının 90-dan çox fəalı İstanbula gətirildi

Daha əvvəl İsraildə saxlanılan 21 ölkədən olan 90 - dan çox Sumud donanmasının fəalı Türk Hava Yollarının xüsusi reysi ilə İordaniyadan Türkiyəyə aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə "Habertürk" televiziyası məlumat yayıb.
Bildirilir ki, Türkiyəyə 18-i Türkiyə vətəndaşı, 76-sı isə əcnəbi olmaqla ümumilikdə 94 fəal gəlib. Türkiyə daha əvvəl İsrail tərəfindən donanma missiyasında iştirak etdiyi üçün saxlanılan təxminən 120 vətəndaşını digər ölkələrin nümayəndələri ilə birlikdə vətənə qaytarmışdı.
Digər Xəbərlər

Qızı meri bıçaqlamazdan əvvəl ona işgəncə verib - DETALLAR

Putin: Rusiyada miqrantlar qanuna tabe olmalıdırlar

Filippində daha bir güclü zəlzələ oldu - YENİLƏNİB
