Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində ölkəyə mümkün hücumlarla bağlı xəbərdarlıqların daxil olduğunu bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
"Təhlükələr barədə xəbərdarlıqlar daxil olur. Düşmənlərimiz seçkilərdən əvvəlki bu günlərdə bizim gücümüzü sınamağı düşünürlər. Onlara xəbərdarlıq edirəm: biz hadisələrin istənilən inkişafına hazırıq", - Netanyahu İordan çayının Qərb sahilindəki ayrıcı sədd ərazisinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu ona və müdafiə naziri İsrael Katsa hücum olacağı təqdirdə cavab tədbirləri planı təqdim edib.
"Mən düşmənlərə bizi sınağa çəkməyi məsləhət görmürəm", - Baş nazir vurğulayıb.
Netanyahu həmçinin xəbərdarlıq edib ki, hücum olacağı təqdirdə İsrail, ölkə rəqiblərinin təsəvvür edə bilməyəcəyi miqyasda güclə cavab verəcək.
Digər Xəbərlər
14 Oktyabr 2026 09:20
F-35-lərlə bağlı aktiv danışıqlar aparılır - Türkiyə
14 Oktyabr 2026 08:21
BMT-də 15 ölkəyə yeni mandat
14 Oktyabr 2026 08:07
Tramp bir daha İranla münaqişənin tezliklə sona çatacağını bildirib
14 Oktyabr 2026 07:20
İrana qarşı yeni bir əməliyyat ehtimalını müzakirə ediblər
14 Oktyabr 2026 07:18
Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər
14 Oktyabr 2026 07:16
100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
14 Oktyabr 2026 07:10
Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
13 Oktyabr 2026 23:28


Bakı -°C

