Netanyahu Trampa təşəkkür edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa yəhudi dövlətinə 2000 funt (təxminən 907 kq) bomba tədarükünə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib.
Adalet.az xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanası məlumat yayıb.
Netanyahu vurğulayıb ki, silahlar ölkəsinə özünümüdafiə üçün lazımdır:
“Prezident Tramp, İsrailə özünü müdafiə etmək, ümumi düşmənlərimizlə mübarizə aparmaq və sülh və firavanlıq gələcəyini təmin etmək üçün lazım olan alətləri vermək vədini yerinə yetirdiyiniz üçün təşəkkür edirəm”.
Bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar Trampa bu qərarına görə təşəkkür edərək, İsrailin özünümüdafiə üçün lazım olan hər şeyə sahib olduğu zaman Yaxın Şərqin daha təhlükəsiz olacağı fikrini bildirib.