NEYLƏYƏK, BİZ BELƏYİK DANA
70-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda «Qara» deyə çağırdığımız bir ağdamlı oğlan öz qrup yoldaşını möhkəm döyüb xəstəxanalıq edir.
Qaranın institutdan qovulması rektorluqda müzakirə edilir. Müzakirəsi və qovulması prorektor, əslən ağdamlı olan Çingiz
Axundova tapşırılır. Çingiz Axundov deyir ki, o tələbəni çağırın, son sözünü dinləyək.
Qara girir içəri, rəhmətlik Çingiz Axundov soruşur:
- Haralısan, ə?
- Ağdamlı.
Çingiz Axundov başını bulayıb önündəki iş qovluğunu itələyib deyir:
- Neyləyək, biz beləyik dana. Rədd ol çölə. Bir də belə axmaqlıq eləsən, səni özüm döyəcəm.
Beləliklə, Qara institutdan qovulası olmur.
İndi oxuyuram ki, milli komandamızın üzvü «Buriram Yunayted»də çıxış edən Ramil Şeydayev Asiya çempionlar liqasında Çin klubu ilə keçirilən oyundan sonra böyük dava düşüb və Ramil Şeydayev də rəqib komandanın oyunçularını ustaddangəlmə döyüb.
Çingiz müəllim demişkən, «neyləyək, biz beləyik dana».
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

