adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
22 Iyun 2022 12:15
397
ŞOU-BİZNES

Nigar Camalın çimərlik geyimi tənqid oludu: “16 yaşlı qızın var, utan” - FOTOLAR

"Eurovision-2011" Mahnı müsabiqəsində Eldar Qasımovla birlikdə Azərbayacana qalibiyyət gətirən müğənni Nigar Camal (Nikki) hər dəfə artıq qalmaqallar olmasa gözə görünmür. Xüsusən, bir neçə il əvvəl "Altın kelebek” mükafat mərasimində iştirak edən məşhur müğənni xalq artisti Röya Ayxanla Camal arasında qalmaqal ən yadda qalan qalmaqallardandır. Beləki, Nigarın instaqramda fotolarını paylaşaraq Röyanı mükafat alması münasibəti ilə təbrik etməsi qarşı tərəfi qəzəbləndirib və onu Türkiyədə deyil, sosial şəbəkədə təbrik etməsinə qıcıqlanıb. O Nigarı qısqanclıqda ittiham etmişdi:” Mən bu qızı (Red:Nigar Camal) dünyalar qədər sevirdim. Dünən ödül gecəsində əsəbini, bağırtısını görüb və mənə Allahın salamını verməyəndə şoka düşdüm”.
 

Daha sonra Müğənni Samir Piriyev, Şəbnəm Tovuzlu və digər tanınmış müğənniləri acılayaraq, pərt edərək onlara qarşı yersiz qalmaqallar etmişdi. Onun haqqında qalmaqala isə Türkiyə mətbuatı imza atdı. Media 2015-ci ildə ən məşhur istirahət məkanlarından olan Bodrumda dincələn müğənni ilə türkiyəli aktyor Boğaç Aksoyla bir yerdə çəkilmiş fotoşəkilləri yaymışdı. Hətta müğənni Berksanla duet mahnısını təqdim edən Nikkinin onunla da eşq münasibətlərində adı hallanmışdı.
 

Yadınızdadırsa 2016-cı ildə Nigar Camalın döyülmə xəbəri yayılmışdı. Sənətçinin sevgilisinin qohumları tərəfindən hücuma məruz qaldığı məlum olub.
 

Məlumata görə, Nigar Camal Azərbaycanın yüksək vəzifəli məmurlarından birinin Türkiyədə yaşayan oğlu ilə eşq yaşayıb. İfaçının yaxın çevrəsindən əldə olunan məlumatda bildirilir ki, Nigar Camal mütəmadi olaraq sevgilisi ilə Türkiyədə görüşüb. Sevgilisinin yüksək vəzifəli məmurun oğlu olması ona problemlər yaşadıb. 20-21 yaşlı subay övladlarının iki uşaq anası ilə görüşməsi oğlanın valideynlərini narahat edib. Valideynlər bunun qarşısını dəfələrlə almağa çalışsalar da cəhdləri boşa çıxıb. Sevgililəri ayırmaq mümkün olmayıb. Cəhdlərinin boşa çıxdığını görən valideynlər çıxış yolunu Nigar Camalı qorxutmaqda görüblər. Bundan sonra ifaçı məmurun adamları tərəfindən möhkəm döyülüb. Həyati təhlükənin reallığını dərk edən ifaçı ayrılmaq qərarını verib.
 

Hazırda Nigar Camalın sevgilisi var ya yoxdu, bilmirəm amma görünən odur ki, hələ də sevgili axtarışlarındadır.


Adalet.az xəbər verir ki, çimərlik geyimindəki fotolarını “İnstaqram” sosial şəbəkə hesabında paylaşması əməlli-başlı tənqid olunub. Müğənninin qırmızı çimərlik geyimində şəklinə "Yayda ən horxulu həşərat ağcaqanaddır" şərhindən sonra gələn izləyicilər tərəfindən gələn rəylər tənqidlə yanaşı, təhqirlərə də səbəb olub. Məsələn, izləyicinin biri “16 yaşlı qızı olan ana özünü açıb çölə qoymaz”, digər izləyici: “Niki hələ də sevgili tapmamısan?”, bir başqası isə : “Sevgili tapsaydı, bədənin açıb çölə qoymazdı” kimi rəylərdən sonra müğənni həmin rəyləri silib, mənfi rəylərin qarşısını almaq üçün isə şərh bölümünü bağlayıb.
 

Xatırladaq ki, Nigar Camal 7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olub. 2005-ci ildə kiprli Haluk Camalla ailə qurub və İngiltərənin paytaxtı Londonda yaşayıb. Bu evlilikdən iki qız övladı var: Jasmin və Səidə. Bu evlilik 2014-cü ildə bitib.


Əntiqə Rəşid