21 May 2024 13:32
1722
MÜSAHİBƏ

Nizaməddin Şəmsizadə: "Mən xalqımla eyni səviyyədə yaşayıram" - MÜSAHİBƏ

Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin yaradıcılığını son dövrlərdə izləyirəm. Zəng açıb ondan müsahibə almaq istəyində olduğumu bildirdim. Razılıq verdi.
 

- Nizaməddin müəllim, 2024-ci ilin sonunda 70 yaşınız tamam olacaq. 70 yaş sizin üçün nə deməkdir? Necə yaşayırsınız?
 
- Əlbəttə,  hər yaşın öz hikməti, öz fəlsəfəsi var. Həyatda hər adam bir az çox, bir az az müəyyən yaşa qədər yaşaya bilər. Mənalı yaşamaq çox çətindir. Mən xalqın səviyyəsinə uyğun yaşayıram. Kasıbla kasıbam. Varlı ilə varlıyam. Həyatım boyu öz şəxsiyyətimi və ailəmi qorudum. Var-dövlətə meyl etmədim. Həyatda şəxsiyyət olmayanın heç nəyi yoxdur. Bəlkə də buna görə bir çox insan məni çox sevir. Çünki bilirlər ki, iradəli, inadkar, istedadlı və zəhmətkeş şəxsiyyətəm. Bu gün Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə cənab prezidentin güclü diplomatiyası sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Əlbəttə, bu, fərəh doğurur. Fəqət bilirsiniz ki, mən təqaüdə çıxmış adamam. Kamunal xərclərin, mağaza və bazarlarda ərzaqların qiymətinin həddindən artıq bahalılığı dövründə təqaüdçü adam necə yaşayırsa, mən də elə yaşayıram. Mən fəxr edirəm ki, qalib ölkənin xoşbəxt ziyalısıyam.

- İnsanın müxtəlif yaş dövrlərində müxtəlif arzuları ola bilər. Məhz 70 yaşda sizin əsas arzunuz nədir?

- Hörmətli Sevil xanım, əlbəttə, müxtəlif yaş dövrlərdə müxtəlif arzular ola bilər. Mənim əsas fikrim,məqsədim həyatda  bu olub ki, boş yaşamayım. İlləri boşuna keçirməyim. Mən böyük zəhmətlə məqsədimə çatmaq uğrunda mübarizə aparmışam. Ən gənc yaşımda elmlər doktoru olmuşam.Hələ o rekordu təzələyən yoxdur. Otuz bir yaşımda doktorluq işini yazıb təfil vermişəm.  Bu elə-belə iş deyil.1986-cı ildə Vorovik adlanan qəsəbədə kirayədə, 7 kv m olan otaqda üç qızım, yoldaşım və özüm yaşamışıq. Yayda o otağın pəncərəsinə kərtənkələlər sancılırdı.Qışda da həyətdəki mətbəx adlanan yerdə yoldaşım yemək bişirirdi. Onun ayaqları altından siçovullar qaçırdı. Mən hər zaman demişəm ki, həyatımın hər anı ailəmin səadəti və zəhmətindən aslı olub. 1986-ci ildə doktorluq işimi təfil verəndə məni baykot etdilər. Tək-tək dedilər ki, əladır. Müzakirə günü müzakirəyə gəlmədilər. Mən inciyib Moskovaya Dünya Ədəbiyyat İnstitutuna  doktoranturaya getdim. Məndən əvvəl vəzifədə olanlar dedi: “biz 50-60 yaşımızda doqtor olmuşuq. Sən 31 yaşında doqtor olmaq istəyirsən”. Ən böyük arzum Azərbaycanı bütöv görməkdir.Düzdü indi deyirlər ki, Azərbaycan sərhədləri bütövləşdi. Bu hələ yarım bütövdür. Əsl bütöv o vaxt olacaq ki,Azərbaycan Dərbəndən Borçalıya,Borçalıdan Kəngər körfəzinə,Təbrizə ,Ərdəbilə,  oradan Göyçəyə qədər Azərbaycanın ərazisi bərpa olunsun.Milli ideologiyamız haqqında “Azərbaycançılıq” kitabının 1996-ci ildə birinci variantını, 2006-cı  ildə isə  ikinci variantını yazdım. Orada bu məsələdən bəhs etmişəm. Bütöv Azərbaycanın tarixi xəritəsini də göstərmişəm. Məhşur ərəb alimi Təbərinin tarix kitabında yazılan xəritəni də ora əlavə etmişəm.

- Siz ağır xəstəlikdən sonra  5 ildə 6 kitab çap etdirmisiniz. Bu enerji, belə möhkəm iradə hardandır?

- 2015-ci ildə mənim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 60, onda əvvəl isə 50 yaşım təntənə ilə qeyd olundu. Sonra 2016-cı ildə ağır xəstəlik keçirdim. Bu barədə “həyatımda təlatümlər başladı” adlı müsahibə vermişəm. Hətta ailə üzvlərim yas yeri müəyyənləşdirmişdi. Mən üç dəfə axırıncı dəfə 4 gün olmaqla komada qalmışam. Hamı elə bilirdi ki, mən ölmüşəm. Bir gün saytın birində yazmışdılar ki, Nizaməddin Şəmsizadə vəfat edib. Həyat yoldaşıma zəng vurublar. O da deyib ki, bilmirəm,səhər dializə yola salmışam,gəlsin soruşum görüm vəfat edib ya etməyib?(gülür)
Xəstəlikdən sonra böyük inadla “İdrakın üfüqləri”, “Orta əsrlər     Azərbaycan ədəbiyyatı”, “Roman və tarix”, “Estetik meyar və bədii mahiyyət” , “Nəsimi və Füzuli”, “Turan;tarixi gerçəklik və müasirlik” kitablarını çap etdirdim. Şeirlərdən ibarət “dünya SÖZlə yarandı” və ədəbi məktublardan ibarət “Sizə məktub yazıram” kitabı hazırda çap olunmaqdadır. Bu inad və enerji mənim şəxsiyyətimdədir. İnadkarlığı təbiət mənə öyrədib. Ağır şəraitdə yasayan dağ uşaqları çox dözümlü olur. Bizim əllərimiz soyuqdan donanda  əllərimizi qarın içinə salırdıq.  Məhşur fransız alimi İppolit Tenfəlsəfəsidir. Yunanlarla bağlı bir fikrində deyir: “Yunanların iqlimi onların xarakterini müəyyənləşdirib”.Mənim fəlsəfəm isə belədir: İnsan yaşadığı cəmiyyətdən çox, doğulduğu təbiətə bənzəyir!

- Müasir dövrü necə səciyyələndirsiniz?

- Azərbaycan tarixində hələ indiki qədər  Azərbaycan xalqının maraqlarının əhatə olunduğu dövr olmayıb. Nadir şahdan sonra biz heç vaxt torpaqlarımızı azad etməmişdik. İlk dəfə cənab prezident İlham Əliyev şəhidlərimizin canı,qazilərimizin qanı bahasına 30 illik işğaldan Azərbaycan torpaqlarını azad  etdi. 44 günlük qələbəmiz təkcə bizim qələbə deyildi. Biz eyni zamanda bütün dünyanı erməni faşizimindən xilas etdik. Erməniləri yara kimi dünyanın sinəsindən qoparıb atdıq. Ona görə də bütün dünya bizə təşəkkür edir.Bir zamanlar ermənilərə arxa,dayaq olan Avropa,  indi Azərbaycana üz tutur. Azərbaycanın gücünü yüksək səviyyədə qiymətləndirir. İndi biz Avropaya kömək edirik. Bu elə bir dövrdür. Bu il noyabr ayında  Azərbaycanda COP29 konfransı keçiriləcək. Azərbayacnın nüfuzunu göstərən konfransdır. Mən kitabmda epiqraf vermişəm. Prezident inaqurasiya mərasimdə deyirdi ki, bizim ailəmiz türk dünyasıdır. Dünyada 40 adda türk milləti yaşayır. Halbuki bunun bir adı var. Türk. Çox qəribədir.Ermənilər bizə türk deyir,biz isə özümüzə Azərbaycanlı deyirik.

- Dinlərə və milli dəyərlərə,Müasir düşüncəli alim, ziyalı kimi münasibətiniz?

- Sevil xanım, mən dünyada olan bütün monoteisx,yəni, tək Allahlı dinlərə hörmət edirəm. Dörd səma kitabın qəbul edirəm. Bu Quran, İncil, Tövrat və Zəburdur. Davud peyğəmbərə göndərilən Zəburtapılmayıb. Mənim əqidəmə görə bir Allah var. Hamımız Adəm və Həvvanın övladlarıyıq. Bir Quranımız və bir dinimiz var. Məzhəb və təriqətləri cəfəngiyyat adlandırıram. Allah dinləri insanları idarə etmək üçün yaradıb.

Müasir gənc nəsli necə qiymətləndirirsiniz? Axı yaşlı nəsil özündən sonra gələnləri,yaxudəksinə, təzələr köhnələri bəyənmir.

2020-ci ilə qədər gəncliyə münasibətim çox dolaşıq idi.  2020-ci ilə qədər öz ənənələrini,ədəbiyyatlarını yaxşı bilməyən,Avropanın çaldığı havalarla oynayan bir gənclik hesab edirdim.Fəqət 2020-ci il sentybrın 27-də bu gənclər gülə-gülə şəhid olmağa getdilər. Gənclər özlərini təsdiq etdi. Başımızın tacı oldu. Ona görə də mənim gənclərə böyük ümidim var. Gəncliyi bəyənməyən yaşlı nəsil uduzur. Gənclik gözəllikdir. Hazırda yeni bir kitab üzərində işləyirəm. Təxminən 400-500 səifəlik kitabdır. “Bizdən sonra gələnlərə”kitabını gənclər üçün yazmışam. Bir növ gənc nəsilə vəsiyyətimdir. Həyatımda  başıma gələn maraqlı hadisələrdən nəticə çıxararaq fikirlərimi yazmışam. Onlara demirəm ki, dahi olun və ya qəhrəman olun. Qəhramanlıq haqqında hekayələr danışıram. Bir növ Nizaminin “Sirlər Xəzinəsi” kimi bir əsər olacaq.  Yunus Əmrənin yaxşı sözü var:“Biz dünyadan gedər olduq, gələnlərə salam olsun” .
 

- Azərbaycanın gələcəyini necə görürsünüz? Piraritetlər hansılardı?

- Qızım, Azərbaycan üçüncü intibah dövrün yaşayır. Azərbaycanın gələcəyi dünyada 40 adda yaşayan və düşmənlər tərəfindən bölünmüş  vahid millət  olan türk dünyası ilə bağlıdır. Türk Dövlətlər Təşkilatı gec-tez Turana aparacaq. Azərbaycanın gələcəyi Turanla bağlıdır.Bu gün bütün dünya dərk edib ki, Azərbaycana nə ermənisi,nə rusu, nə də farsı təzyiq edə bilməz. Çünki bilirlər ki, Azərbaycanın arxasında türk dünyası var. Azərbaycan dünyaya 16 imperiya vermiş türk aləminin bir hissəsidir. Azərbaycanın prioritetləri bunlarla bağlıdır. Azərbaycanın prioritetini o yerdə görürəm ki, Azərbaycan türk dünyasını birləşdirəcək və türk dünyasının rəhbəri olacaq. Necə ki, bir zamanlar Hun imperatoru Atilla onun rəhbəri idi. İlham Əliyevin  Atilla olmağına az qalıb. 

- Nizaməddin müəllim, bir az da sizin sahədən ədəbiyyatdan  və tənqiddən danışaq. Müasir ədəbi prosesi necə görürsünüz?

- Ədəbi fəaliyyətimi 1976-cı ildən hesab edirəm. 1976-cı ildə Repressiyaya uğramış,qadağan olunmuş tənqidçi Əli Nazim haqqında 125 səifəlik diplom işi  yazmışdım. Rəhmətlik türkoloq professor Fərhad Zeynalov var idi.Diplom işimi müdafiə edəndə dedi ki, sən də hamı kimi əlli səifə yaza bilməzdinmi?Rəhbərim Abbas Zamanov dedi: “Yox, yox o yaza bilməzdi. Çünki o repressiya  uğramış adam haqqında Moskovadan,Tibilisdən,Bakıdan  material yığıb bu boyda əsər yazıb”. Müasir ədəbi proses bəzi istisnaları çıxmaq şərti ilə durğunluq keçirir. Dünənə qədər onların tapındığı ideallar Sovet ittifaqı ilə birlikdə puç oldu.Kominist, polşevik əqidəli yazıçılar artıq dəbdə deyil. Anar,Elçin, Əkrəm Əylisli və başqa  yazıçılar 1960-ci ilin yazıçılarıdır. Mən onlar haqqında hər zaman demişəm. 1960-ci illərin yazıçıları parlaq ulduzlar idi. Fəqət onlar alçaq üfüqlərin parlaq ulduzları idi. Onların heç biri Lev Tolstoy, Hüqo,Balzak,Mirzə Cəlil, Axundzadə deyil. Ona görə də ədəbiyyatımz hələ özünü tapmayıb. Dörd yol ayrıcında dayanıb haradan getməsini bilməyən  müdrik bir qocaya bənzəyir. Ədəbiyyatımız özünü axtarır. Çünki müstəqillik dövründən sonra “ədəbiyyat necə olmalıdır?” sualına heç kim  cavab verə bilməyib. Bizim başımıza 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi gəlib. Heç biri ədəbiyyatımızda Tolstoyun“Hərb və sülh” romanı səviyyəsində əksini tapmayıb. Çünki istedad yoxdur. Xalq şairi Nəriman Həsənzadənin şeirindən bir bənd demək istəyirəm.

 

Tarix bizim olub,

Tarix yazan özgələr.

Tarixə düşməyibdir.

Bizim tarixi hünər

Bizim tarixi zəfər

 

- Bəs milli mədəniyyətimizə teatr, kino və tele aləmə necə baxırsınız? 

- Qısa deyim ki, müəyyən müğənnilərə hörmətlə yanaşıram. İnsanlar bu bahaçılıq mühitində çox darıxırlar. Müğənnilər hərdən gözəl nəğmələr oxuyub qəlbimizi sevindirir.Bu gün Azərbaycan Televiziyası istisna olmaqla hamsı reklama və şouya işləyir. Milli mentalitetimizə zidd olan reklamlara yer verilir. Fanaqrama ilə mahnı oxuyan adam əməkdar artist adı alır. Televiziyalarda bir zamanlar alimlər,ziyalılar çıxış edirdi. Özü də camaatın bu ziyalılara ehtiyacı var. İndi müğənni alimə ağıl öyrədir. Bu televiziyarəhbərləri unudurlar ki, televiziya onların şəxsi mülkiyyəti deyil. Televiziya ailələrə daxil olub mənəvi terror törətməklə məşğuldur. Əlbəttə, ifaçılıq mədəniyyətimizi təmsil edən ciddi müğənnilər də var. Məsələn, Arif Babayev,Mənsum İbrahimov, Qədir Məmmədov, Təyyar Bayramov, Niyaməddin Musayev,Mirələm Mirələmov, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Kamilə Nəbiyeva,  Nigar Şabanovavə başqalarını misal göstərmək olar. Fanoqrama ilə iki mahnı oxuyan( bəlkə də özü oxumur.Sadəcə ağzını açır-yumur) şit və yüngül aparıcılar tərəfindən “sənətkar” mahnılar “əsər” adlanır. Özləri məzmunsuz sözlər yazıb, mənasız “mahnılar” ifa edirlər.
 

Müsahibəni aldı: Sevil Akifqızı (Əliyeva)