Novxanıda səs-küy yaradan obyektlər cərimələndi
Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşlardan gələn çoxsaylı şikayətlər əsasında Novxanı qəsəbəsində yerləşən bir neçə ictimai iaşə obyektində yaranan məişət səs-küyünə qarşı profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə yarısından sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.
Digər Xəbərlər
07 Fevral 2026 13:56
“Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür...”
07 Fevral 2026 12:58
Alidə Mustafayeva Seymur Orucovdan ayrılıb? - Özündən açıqlama
06 Fevral 2026 18:34
Prezident Axar-Baxar və İlisu milli parkları ilə bağlı fərman verdi
06 Fevral 2026 18:10


Bakı -°C

