Numan Kurtulmuş Sahibə Qafarovaya başsağlığı verib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, N.Kurtulmuş azərbaycanlı həmkarına zəng edərək "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Yaralıların tezliklə sağalmalarını diləyib.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Digər Xəbərlər
25 Dekabr 2024 20:06
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
25 Dekabr 2024 16:39İshak Hersoq Azərbaycana başsağlığı verdi
25 Dekabr 2024 16:15Ərdoğan İlham Əliyevə zəng etdi
25 Dekabr 2024 15:56Cahit Bağçı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
25 Dekabr 2024 15:41