Şavkat Mirziyoyev Azərbaycan və Rusiya liderlərinə başsağlığı verib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinə başsağlığı verib.
Bu barədə Adalet.az Özbəkistan liderinin mətbuat xidmətinə istinadən məlumat verib.
"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib", - məlumatda qeyd olunub.
Ş.Mirziyoyev yaralılara tezliklə sağalmalarını arzu edib.
Digər Xəbərlər
25 Dekabr 2024 20:06
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
25 Dekabr 2024 18:40Numan Kurtulmuş Sahibə Qafarovaya başsağlığı verib
25 Dekabr 2024 16:39İshak Hersoq Azərbaycana başsağlığı verdi
25 Dekabr 2024 16:15Ərdoğan İlham Əliyevə zəng etdi
25 Dekabr 2024 15:56