adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2022 10:50
658
ŞOU-BİZNES

Nura Suridən şillə kimi atmaca: ”Nigar Camalın uğursuz “Merlin Monro” obrazı ...”

Azərbaycana "Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal məşhurlaşandan sonra şou-biznes nümayəndələrinə atmaca atmaqla gündəmdə qalmağı özünə “peşə” bilir. “011-ci ildən bəri maraqlı bir mahnıya, bir layihəyə imza ata bilməyən Nigar hamıda “nöqsan” axtarmaq – tapmaq, onu lağa qoymaq kimi bir azara düşüb. Nigar Camal ilə Şəbnəm Tovuzlunun arasında qalmaqal yaşanmışdı. Belə ki, Tovuzlunun "Gucci" brendinin kəmərini tərs taxmasına Nigar "Gucci"yə görə canım ağrıdı" sözlərini qeyd etmişdi.

Şəbnəm geyimdə buraxdığı dəb xətasına görə onu tənqid edən həmkarı Nigar Camalın cavabını dərhal vermiş, onun ünvanına sərt mesajlar göndərmişdi:"Xanımdır, deyə bilərdi ki, bəlkə də unutqanlıqdandır. Elə olur ayaqqabımı blokda geyinib çıxıram. Bu normaldır. Məni lağa qoymağa onun cürəti catmaz. Mənim üçün heç kimdir. Məni aşağılayan insan mənim üçün heç kimdir. Allah hər bir kəsi özünə görə gözəl yaradıb. Mənim əskik bir şeyim yoxdur o xanımdan. Sənəti, görnünüşü məndən artıq deyil. Lağ etmək nə deməkdir? Kiminsə kimisə lağa qoyması Allahın ən acığına gələn şeydir. O, heç lağ da deyil, yoxdular gündəm xatirinə Şəbnəmin adını çəkirlər. Kəmərdir də taxmışam, nolar ki?”.

Əgər iddia etsək ki, Nigar haqlıdır, onda Şəbnəmin dediklərində də həqiqət var.

Bu dəfə modanı Nigar Camaldan daha yaxşı anlayan və modanın bütün detallarına qədər təqib edən , onun qaydalarına riayət edən müğənni Nura Suri "Avroviziya” qalibini yerlə bir etdi.

Adalet.az xəbər verir ki, "7 Özəl" proqramında sənətçilərin geyimlərini müzakirə edən Suri fürsət düşmüşkən uzun müddətdir küsülü olduğu Nigarı “vurmaq”dan özünü saxlaya bilməyib.

Müğənni Nura Nigar Camalın “10 il sonra” adlanan klipində popurri ifa edərək həmin mahnılara uyğun obrazlara büründüyünü də tənqid edib. Daha doğrusu, orda obrazda özünü tarixin ən gözəl qadınlarından biri olan Merlin Monroya oxşadan Nigarın Merlin Monro obrazında fotolarını paylaşaraq “Məndən yoxdur heç yerdə” şərhinə də fikir bildirib: "Orada 80-ci illərin obrazı Merlin Monro obrazından daha uğurlu idi. Nigar fərqli, maraqlı ifaçıdır. Amma zövq barəsində zövqünü formalaşdırmayan, obrazını yaratmayan ifaçıdır. Stilistlərlə işləsəydi... Ayın yarısını Londonda, yarısı Azərbaycandadır. İstəsəydi, cəhd etsəydi, gözəl bir obraz yaradardı və qəbul olunardı. Hələ düşünürəm, axtarışdadı. Merlin Manro obrazı alınmayıb. Heç kim inciməsin Merlin Manro obrazı mənim Gürcüstandakı klipimdə daha yaxşı idi, stilist Syama ilə eynisini yaratmışdıq. Səmimiyyətimə inanın, heç kimə söz atmıram".

Nura Nigarı “10 ən yaxşı” siyahı üzrə yeddinci yerdə gördüyünü açıqlayıb: "Nigar məndən inciməsin, baxmayaraq küsülüyük. Salamlaşaram, bəyənirəm, gözəl ifası olsa, paylaşacam. Merlin Monro obrazında zəiflik var idi, başqa variantım da yox idi" -deyən müğənni beləcə Nigarın imicini də, mahnı oxumaq qabliyyətini də “iki paralıq” edib.

Xatırladaq ki, Nigar Camal 7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olub. 2005-ci ildə kiprli Haluk Camalla ailə qurub və İngiltərənin paytaxtı Londonda yaşayıb. Bu evlilikdən iki qız övladı var: Jasmin və Səidə. Bu evlilik 2014-cü ildə bitib.

Əntiqə Rəşid