adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Mart 2024 10:04
1568
ŞOU-BİZNES

Nusretin restoranına silahlı hücum

Tanınmış sahibkar Nusret Gökçenin restoranına silahlı hücum edilib.

Adalet.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında iş adamının İstanbulun Beşiktaş şəhərindəki restoranında qeydə alınıb. 

Hücum nəticəsində ölən və yaralanan olmayıb. Silahlılar motosikletlə qaça bilib. 

Aparılan araşdırmalar nəticəsində ərazidə 11 ədəd boş patron aşkar edilib.