adalet.az header logo
  • Bakı -°C
15 Iyul 2026 08:05
40
ANALİZ
A- A+

Obyektiv informasiya mühitinin formalaşmasına mühüm töhfə

Dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı ilə keçirilən ənənəvi Şuşa Forumu bir daha onu göstərdi ki, informasiya amili beynəlxalq münasibətlər sistemində mühüm amildir. Müharibələr, siyasi və iqtisadi proseslər və hətta humanitar məsələlər belə informasiya mühitindən kənarda təsəvvür edilmir. 

Forumun açılışında Prezident İlham Əliyev media nümayəndələrinin suallarını açıq şəkildə cavablandırmaqla yanaşı, beynəlxalq gündəmdə yer alan aktual proseslərə münasibət bildirdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin də xüsusi əhəmiyyətini vurğuladı: "Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük".

Dövlət başçısı Azərbaycan-ABŞ münasibətlərinə də toxunaraq diqqəti uzun illər ölkəmizə qarşı tətbiq olunan 907-ci düzəliş barədə mühüm məqamlara yönəltdi: "Azadlığa Dəstək Aktı ABŞ Konqresi qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik".

Dövlətimizin başçısı sülh gündəliyinin Azərbaycan xarici siyasətində rolundan danışıb. Qeyd edib ki, ölkəmizin Sülh Şurasında təmsil olunması münasibətlər sisteminə müsbət təsir edib: "Prezident Trampla tarixi görüşümüz ötən ilin avqustunda Vaşinqtonda baş tutdu. Daha sonra isə bu ilin yanvarında biz Davosda yenidən görüşdük. Onlar Prezident Trampın qurucusu olduğu Sülh Şurasının təsisedici bir üzvü kimi də Azərbaycanı dəvət edib. Daha sonra isə Vitse-prezident Vens Azərbaycana səfər etdi, biz strateji tərəfdaşlığın qurulması ilə bağlı bəyannaməyə imza atdıq. Bir çox digər meyarlar nümayiş etdirir ki, münasibətlərimiz hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq".

Qlobal Media Forumunun mühüm xüsusiyyətlərindən biri müxtəlif baxışların eyni platformada müzakirəsinə şərait yaratmasıdır. Bu, beynəlxalq media nümayəndələrinin regiondakı prosesləri birbaşa müşahidə etməsinə, Azərbaycan həqiqətlərini ilkin mənbədən öyrənməsinə və obyektiv informasiya mühitinin formalaşmasına mühüm töhfə verir. 

 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı