“Oğurluğu şikayətçinin oğlu törədib” - DİN
Quba sakininin evindən oğurluq edən şəxslərin 1 aya yaxındır, azadlıqda gəzməsi ilə bağlı iddialara rəsmi münasibət bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən açıqlamaya görə, rayon sakini Zeynal Tarverdiyevin müraciəti ilə bağlı Quba RPŞ-də araşdırmalar aparılıb: “Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Qeyd edək ki, Zeynal Tarverdiyev evindən oğurluq edən şəxslərin bu günə qədər azadlıqda gəzdiyini iddia etmişdi.
Digər Xəbərlər
29 Sentyabr 2026 10:10
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
28 Sentyabr 2026 18:26
Vüsal Şilderin qatili ifadə verməkdən imtina etdi
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25


Bakı -°C

