Oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq

Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq.
Adalet.az Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Emrullayev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.
Nazir vurğulayıb ki, bu, dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilir:
"Biz prioritet olaraq şəhərin mərkəzində yerləşən məktəbləri və daha çox təsir göstərə biləcək məktəbləri cəlb etməyə çalışırıq. Layihə pilot səviyyəsindədir və məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat daşınmasını təmin etməkdir".
E. Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: "Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq".
Nazir qeyd edib ki, bu layihə təhsil və nəqliyyat sahəsində innovativ yanaşmanın bir nümunəsi olacaq və gələcəkdə daha geniş tətbiq edilə bilər.
Digər Xəbərlər

Müstəqilliyimiz xoşbəxtliyimizdir

Dövlət qulluğuna qəbul olunanların sayı açıqlandı

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatdı

I sinfə qəbul bu gün başa çatır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

Təhsil işçiləri Push30 platformasına qoşuldu

I sinfə üzrə elektron qəbul prosesi yenidən aktivləşdirildi
