Ölkədə bir ilk: Pişiyi sayəsində həbsə girməkdən xilas edildi

Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə verilən cəza pişiyi olduğu səbəbilə təxirə salınıb.
Adalet.az xəbər verir ki, Rusiyanın "Mash" telekanalı qərarın ölkədə ilk dəfə verildiyini bildirib.
Sibir bölgəsinin Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib.
İstintaq hesabatında qeyd olunur ki, Sergey B. sentyabr ayında baş verən hücum zamanı adı açıqlanmayan şəxsi silahla hədələyib. Hücumdan sonra saxlanılan Sergey B. istintaqda polislə əməkdaşlıq etməyə razılaşdıqdan sonra məhkəməyə aparılıb.
Məhkəmə təqsirləndirilən şəxsə qarşı bütün ittihamları qəbul edib. Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhimin 5 ilə qədər həbsini tələb edir. Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətinin əlverişsiz olması, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.
Ancaq o da vurğulanır ki, Rusiya Cinayət Qanununda pişik saxlamaq heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib. Rusiyada müttəhimlər yalnız himayəsində olan uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.
Məlumdur ki, pişiklər Rusiyada insanlar arasında çox populyardır. Digər tərəfdən, Rusiyaya xas olan 10 növ pişik var. Bu pişiklərə Rus Mavisi, Sibir, Donskoy, Kurilian Bobtail, Neva Maskarad, Karelian Bobtail, Toybob, Peterbald, Ural Rex, Mekonq Bobtail daxildir.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
