adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2022 18:00
3210
AVTOMABİL

Ölkədə bu il nə qədər avtomobil istehsal olunub?

Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb.

Bu barədə Adalet.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-mart aylarında ölkədə 439 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 ədəd çox minik avtomobili istehsal olunub.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-mart aylarında 124,0 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 23,0 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 38,9 faiz artıb.