07 Mart 2025 11:36
326
SİYASƏT

Ombudsman Mehriban Əliyevanı təbrik etdi

Ombudsman Səbinə Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Adalet.az  xəbər verir ki, S.Əliyeva öz təbrikində deyib:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva başda olmaqla ölkəmizin bütün qadınlarını və xanım millət vəkillərini qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, ən ülvi arzularımı bildirirəm”.