Qarlı bir gündə...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
362 | 2025-03-08 19:50

Çox gözəl havaydı. Qar yağırdı və havada tərtəmiz idi. Elə belə hava Bakıda son aylar olmamışdı...

Adam təmiz havanı ciyərlərinə çəkdikcə rahat nəfəs alır və özünü daha yaxşı hiss edirdi. Biz bir neçə dost hər axşam Yeni Günəşlidəki  parkda həm gəzir, həm də təmiz hava qəbul edirik. Amma həmin gün Bakıya möhkəm qar yağdığından  və  hava da küləkli olduğundan orda bir- iki adam gözə dəyirdi. Və o bir- iki adamdan bir də bu bəndəniz  idi.

Artıq evə qayıtmaq istəyirdim.Elə dönüb getmək istəyirdim ki, köhnə dostlarımdan biri, Borçalı elinin böyük ziyalısı, mənim dostum və qardaşım filologiya elmləri doktoru, professor Şahbaz Musayevi gördüm. O Şahbaz müəllimi ki, ötən əsrin 90-çı  illərinin əvvəlində onunla hər gün " Azərbaycan" Nəşriyyatında görüşərdik. Şahbaz qardaşımız " Yurddas"  mətbuat orqanında məsul vəzifədə işləyirdi, bu sətirlərin müəllifi isə " Ədalət" də!      Qarlı  havada görüşəndə hər ikimizin gözlərinə işıq gəldi. Görüşüb hal- əhval tutduqdan  sonra qarlı havada gəzməyə başladıq. Və Şahbaz müəllim dedi ki,Faiq Bakıda belə gözəl hava çox nadir halda olur.Sonra da parkın içindəki qızılgüllərin bir necə gün əvvəl tumurcuqladığını, indi isə şaxtadan, qardan don vurub  büzüşdüyünü  dedi.

Hətta kolların birinə yaxınlaşıb büzüşən tumurcuğu göstərdi.Hətta orda bir onun şəklini də çəkdim. Gördüm ki, müəllimin bu mənzərədən  qanı qaraldı. Ona təsəlli verib dedim ki, müəllim, qəm eləmə, tezliklə havalar qızar, o tumurcuqlar  da gül açar! Deyəsən, fikrim onu sakitləşdi. Ayaqlarımızın altında qalan qar xarıladıqca  biz qarın  gözəlliyin hiss edirdik. Bir anlıq xatirələr bizi 35 bundan əvvələ  apardı.Nəşriyyatın  birinci mərtəbəsindən doqquzuncu  mərtəbəsinə qədər  hər şeyi yada saldıq.Elə bir dostumuz və tanıdığımız yazar olmadı ki, onları  xatırlamayaq.

Hətta nəşriyyatda yeməkxanada işləyən Elmira xanımı və digər texniki  əməkdaşları belə yaddan çıxarmadıq. " Qaryaçı" sexdə əlimizin biləyə qədər mazuta batmasını və onun qoxusundan ləzzət almağımızı dönə- dönə  xatırladaq!  Şahbaz  Musayev həm də çox istedadlı qəzetçi, jurnalist, yazıçı- publisistdir. Sonradan elm fəaliyyətə keçdi və böyük uğurlar qazandı. Bu gün isə o, elmlər doktoru, professor olaraq Azərbaycan Slavyan Universitetinin jurnalistika fakültəsində dərs deyir. Belə istedadlı, təmiz , əqidəli və ədalətli ziyalıların ali məktəblərdə işləməsi təbii ki, o təhsil ocaqlarına hörmət və nüfuz gətirir.

Və bir də Şahbaz  Musayev harda calışıbsa, orda öz səmimiyyəti, sadəliyi və böyük ürəyi ilə hamıdan fərqlənib.Yeni Günəşlidə " müəllim" - deyəndə  öncə, Şahbaz müəllimi, Səməndər müəllimi  düşünürlər. Çünki onlar hamı tərəfindən  sevilirlər.  Və müəllim adından dünyada ikinci  böyük ad yoxdur!..

  • Mart:
  • 7

TƏQVİM / ARXİV