adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Aprel 2024 13:35
1154
İDMAN

“Onsuz da oyunları azı 3000 adam izləyir”

Bugün Azərbaycan Premyer Liqasının açılışı matçı “Turan Tovuz” - “Sumqayıt” klubları arasında baş tutacaq.

Adalet.az xəbər verir ki, şərhçi, jurnalist İlkin Sultanlı bu oyunla bağlı fikirlərini bölüşüb.

“Yenə cümə günü, yenə də Premyer Liqanın açılış matçı, yenə də avrokuboklara vəsiqə qazanmaq istəyənlər üz-üzə gələcək. Bu dəfə "Turan Tovuz" "Sumqayıt"ı qonaq edəcək. Oyun ətrafında dünəndən söz-söhbətlər gəzir. Bu da qarşılaşmanın marağını bir qədər də artırır. Tovuzlular da, sumqayıtlılar da komandalarını avrokuboklarda görmək istəyirlər. Hər iki kollektivin baş məşqçilərinin öz dəsti-xətti, bacarıqları var. Hər iki şəhər Azərbaycan futbolu üçün çoxlu oyunçular yetişdirib, "məktəb" statusuna malikdirlər. Azarkeşlərlə bağlı çağırış etməyə gərək yoxdur. Onsuz da "Turan Tovuz"un ev oyunlarını azı 3000 adam izləyir. Matçı Əliyar Ağayevin idarə etməsi qarşılaşmaya ayrıca maraq qatacaq”. 

 

Emin