Bu gün böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günüdür. Moskvada ziyalı-mülkədar ailəsində 1799-cu ilin bu günü doğulan Puşkin rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biridir.
Baxmayaraq ki, təcavüzkar Rusiya və şovinist ruslara məxsus olan bu dahi hazırda Ukrayna-Rusiya müharibəsi fonunda gözdən düşüb və hətta Kiyevdə şərəfinə qoyulmuş heykəl dağıdılıb, onu yenə xatırlayanlar var və olacaq. Məsələn biri mən!
Onu unutmamaq üçün səbəblərimi deyim: Razılaşsanız da sağ olun, razılaşmasanız da!
Puşkin dünya ədəbiyyatını zənginləşdirib, tərbiyəvi əhəmiyyəti mənəvi “ qida”a kəsb edən əsərləri ilə bütün yaş kateqoriyasında olan oxucu kütləsinin zövqünü oxşayıb.Yadınıza salım:Poemalar:“Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Baxçasaray fontanı”,“Qaraçılar”,“Tazit”,“Mis atlı”... Məşhur romanı “Yevgeni Onegin” drama əsərləri:“Boris Qodunov”,“Xəsis cəngavər”,“Mosart və Salyeri”, “Daş qonaq”,“Vəba zamanı qonaqlıq”,“Su pərisi”.Nəsr əsərləri:“Böyük Pyotrun ərəbi”, “Mərhum İvan Petroviç Belkinin povestləri, (“Atəş”, “Çovğun”, “Tabutçu”, “Stansiya gözətçisi”, “Kəndli-xanım”),“Dubrovski”,“Qaratoxmaq qadın”,“Kapitan qızı”, nağıllar:“Çar Saltan, onun oğlu şöhrətli və qüdrətli pəhləvan knyaz Qvidon Saltanoviç və gözəl qu quşu şahzadə qız haqqında nağıl”,“Balıqçı və balıq haqqında nağıl”,“Ölü şahzadə və yeddi pəhləvan haqqında nağıl” , “Qızıl xoruz haqqında nağıl” ... Bəli, bu əsərlər Puşkinin bəşəriyyətə hədiyyə etdiyi xəzinədir.
.
2. Əslində rus qanı ilə Puşkinin heç bir əlaqəsi yoxdu!Böyük mütəfəkkir tez-tez kəskin vətənpərvər və slavyanpərəst kimi təbliğ olunur. Bu, heç də belə deyil. Dövrünün əksər zadəganları kimi, şair fransız dilinə ehtirasla yanaşır, hətta şeir və nəsrlərini xarici dildə yazırdı. Ruslar ona “ bizim Puşkin” desələrdə Puşkinin əslən Efiopiyadan olduğunu hər kəs bilir. Ancaq az adam bilir ki, uzaq Afrika ölkələrində Puşkini daim həmyerli kimi xatırlayır və onunla fəxr edirlər. Hətta Əddis-Əbəbədə Puşkinin abidəsi önündə hər zaman təzə çiçəklər olur.
3. Dahi şairlə ilk “tanışlığım” təbii ki, orta məktəb illərində olub. Aradan uzun illər keçməsinə baxmayaraq onun poeziyasının gözəlliyini unutmamışam. Xarici ədəbiyyatdan Ukrayna şairi Taras Şevçenko ilə Puşkini eyni ehtiram və sevgi ilə oxuyub əzbərləmişəm:
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən,
Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən
Tutmuşam tək uçurum dağlı qar üstündə qərar,
Qara quş uçmağa qalxarsa uzaq bir təpədən,
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.
Buradan mən görürəm çeşmələri qaynamada,
Şübhəli, qorxulu uçurumları ilk oynamada.
Demək olar ki, bütün əsərlərini oxumuşam, oxumadıqlarımın da ekran versiyasından bələdəm.
4. Şairi unutmamaq üçün ən vacib səbəbim isə Puşkinin Azərbaycan xalqına böyük məhəbbəti və xoş münasibəti olması ilə bağlıdır. Araşdırmaçılar yazır ki, Qafqaza səfər zamanı tanış olduğu azərbaycanlı şair Fazil xan Şeyda Puşkinə çox xoş təsir bağışlayıb. XVIII əsrin sonunda Təbrizdə doğulan Fazil xan Şeyda Tiflisdə yaşayıb, Qafqaz canişinliyində dəftərxana müdiri, Tiflisdəki müsəlman məktəbində müəllim işləyib. Dövrünün tanınmış ziyalısı, şairi olub. Puşkinin onunla tanışlığı sonra dostluğa çevrilib. Puşkin qələm dostuna şeirlər həsr edib. Eləcə də bu səfər zamanı şücaət və hünərinə məftun olduğu döyüşçü, qarabağlı Fərhad bəy də Puşkinin qəlbində dərin iz salıb. Şair o qədər təsirlənib ki, sonralar Fərhad bəyin simasında bütün azərbaycanlıları cəngavər, igid adlandırıb. Şair bu münasibətlə yazdığı şeirində deyirdi:
.
Döyüş şöhrətinə uyma, qapılma
Növcavan məftunluq həvəsi ilə sən.
Gəl, qanlı vuruşa çox da atılma,
Gəngavər Qarabağ dəstəsi ilə sən.
Bilirəm, getməzsən ölümə qənşər,
Əzrailin belə keçsən əlinə -,
Çaxnaşma salanda qılıncla xəncər
O da rəhm eləyər gözəlliyinə.
Puşkin Ərzuruma səyahəti zamanı yenə də azərbaycanlı döyüşçülərlə rastlaşıb. Bu görüşlər şairi yenidən duyğulandırıb, o, azərbaycanlılar haqqında məhəbbət dolu şeirlər yazıb.
5. Puşkinin Azərbaycanlılara qarşı sevgisi cavabsız qalmayıb. Polşa və Rusiyaya səyahətə çıxan mütəfəkkir Azərbaycan yazıçısı Abbasqulu Ağa Bakıxanov Puşkinlə tanış olub. Onlar bir-birinə olduqca xoş münasibət göstərərək şəxsi əlaqələrini möhkəmləndiriblər. Abbasqulu ağa Bakıxanov Puşkinin əsərlərini Azərbaycan dilinə tərcümə edən ilk şəxsiyyətdir. O, Puşkinin "Bağçasaray fontanı" əsərini 1830-cu illərin birinci yarısında ana dilimizə tərcümə edib. Böyük mütəfəkkir, dramaturq, nasir və filosof Mirzə Fətəli Axundov da Puşkinin yaradıcılığına dərin məhəbbət bəsləyər, onu müntəzəm oxuyarmış. Axundov 1937-ci ildə Puşkinin dueldə həlak olması münasibətilə “Şərq poeması”nı yazıb:
Ah, o dəmlər, a dostum, Lomonosov deyirlər:
Ülvi bir gözəlliklə yazın incə şeirlər.
Şeiriyyət dünyasını bəzəmişsə də lakin.
Puşkinin quş xəyalı olmuş o yerdə sakin.
Əgər şeir mülkünü Derjavin tutmuşsa da,
Puşkin cavan yaşında sahib olub bu ada.
Dərin, dibsiz göylərdən hakim yaranmış ona.
Ah, hələ Karamzinin o bilik badəsini,
Onun ümmanlar kimi dərin ifadəsini
Puşkin almış əlindən, içib yetirmiş sona.
6.Yaxın günlərdə BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Ağalar Abbasbəylinin bir məqaləsinə rast gəlmişdim. Orda maraqlı araşdırma nəticələrini oxumuşdum: “A.S.Puşkun yazır: "Nə vaxt sən başa düşəcəksən ki, Ararat (Ağrı dağ - A.A.) sizin olmayacaq?" Onlar bunu xəyal edirdilər, axı bilir və görürdülər ki, bu dağ suveren Türk Respublikasının ərazisində yerləşir. Lakin ermənilər daha da irəli getdilər və bu gün Ermənistan dövlətinin gerbində Ağrı dağının silueti var.
Daha sonra:" Puşkin acgöz ermənilərə sual verir: "Bu əsatirlər nə vaxt bitəcək?" Ermənilər bu dünyada peyda olandan bütün dünyada erməni xalqı haqqında əsatirlər yaymaqla məşğul olublar və hələ də məşğul olurlar. Onlar bir ölkədən başqa ölkəyə köç ediblər və hər yanda nifrət qazanıblar. Ermənilərsiz dünya və şərsiz dünya, ümidlə ilhamlandıran dünya" və sonra "bütün xalqlar arasında sülh olacaq".
Nəhayət 200 ildən də çoxdu bəşəriyyətin tez-tez xatırladığı və ermənini 1 cümləyə sığdıran “Sən qorxaq, sən qul, sən ermənisən”frazası! Puşkini məhz bu frazaya görə ölənə qədər xatırlayacağam!
Sevməyə və xatırlamağa yetərmi?
Əntiqə Rəşid
.