Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib. Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
29 Oktyabr 2026 12:47
BDU-nun professoru Adilə Abbasova vəfat edib
29 Oktyabr 2026 11:07
Şəmkirdə usta evdə təmir zamanı öldü
29 Oktyabr 2026 10:23
Bakıda azyaşlı qonşusunun evində pilləkəndən yıxılıb öldü
29 Oktyabr 2026 00:32


Bakı -°C

