24 Avqust 2024 10:48
152
KRİMİNAL

Ötən gün 52 kiloqrama yaxın narkotik vasitə aşkar olunub

Ötən gün ölkə ərazisində çəkisi 51,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,4 kiloqrama yaxın heroin, 47,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin 50 ədəd metadon həbi olub.