DİN və Baş Prokurorluqdan Göyçaydakı qətllə bağlı birgə məlumat
Göyçayda tanışını odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Göyçay rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, avqustun 20-də 1987-ci il təvəlllüdlü Ramin Malxasovun odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin zərərçəkmişin tanışı 1995-ci il təvəllüdlü Əhməd Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilərək avqustun 21-də barəsində axtarış elan olunub.
Əhməd Əhmədov avqustun 24-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Digər Xəbərlər
25 Aprel 2026 13:43
Parik taxıb Bakıda dələduzluq etdi - VİDEO
24 Aprel 2026 16:59
9 mənzildən oğurluq etdi: həbs edildi - VİDEO
24 Aprel 2026 11:47
Mağazadan 100 min manat dəyərində qızıl oğurlandı
24 Aprel 2026 11:38
DİN BNMİ-dən əməliyyat - Həbs edilənlər var - VİDEO
23 Aprel 2026 12:24
Bakıda polisə balta ilə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - VİDEO
23 Aprel 2026 11:32
Ağstafada məktəbli bıçaqlandı - YENİLƏNİB
23 Aprel 2026 09:42
Toy karvanında avtoxuliqanlıq etdilər - VİDEO
22 Aprel 2026 18:30


Bakı -°C

