Ötən həftə 11 uşaq XİLAS EDİLİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 812 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət daxil olub.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.