Ötən il aliment ödəməyən 2344 nəfər həbs edilib
"Alimentlə bağlı icraatda olan işlərin sayı ciddi şəkildə artıb və bu işlərin sayı son 5 il ərzində 10 minədək artıb. 2025-ci ildə icraatda 141 min aliment işi olub. Bununla belə aliment işlərinin icra edilməmə halları aşağı faiz təşkil edir. Aliment işlərinin icrasında yaranan çətinliklər bəzən müəyyən vəsaitlərin olmaması, iş yerlərinin olmaması ilə bağlıdır, şəxslərin yaşayış yerlərini, iş yerlərini tez-tez dəyişməsi ilə bağlı olur".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən ictimai dinləmədə çıxışı zamanı ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib.
Nazir müavini bildirib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunub: "Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub. 2344 nəfər inzibati qaydada həbs edilib və aliment ödəməkdən yayınan şəxslər barəsində müəyyən cinayət hüquqi xarakter tədbirlər görülüb. Bununla bağlı cinayət məsuliyyətinə cəlb edilmə haqqında 286 təqdimat verilmiş, 235 təqdimat barəsində cinayət işi başlanılıb".
Digər Xəbərlər
04 Mart 2026 12:45
Novruz yarmarkaları başlayır - ÜNVANLAR
04 Mart 2026 12:02
Pensiyaçılara şad xəbər - Ödənişlər qrafikdən əvvəl veriləcək
03 Mart 2026 17:04
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
03 Mart 2026 14:10
Sabah yağış yağacaq - PROQNOZ
03 Mart 2026 13:10
Xırdalandan Bakı-Şamaxı avtomobil yoluna 3 fərqli yerdən tunellər inşa ediləcək
03 Mart 2026 12:22
Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
03 Mart 2026 12:10
Prezidentin qızı və gəlini "Nine Senses"də uşaqlarla bir arada - VİDEO
03 Mart 2026 12:06


Bakı -°C

