Özbəkistan nümayəndə heyəti DOST-da
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində olub.
Bu barədə Adalet.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Nümayəndə heyəti üçün DOST mərkəzlərinin fəaliyyəti və könüllülük proqramı haqqında geniş təqdimat keçirilib. İştirakçılar könüllülərin xidmət prosesində iştirakını yaxından müşahidə edib, həmçinin könüllü namizədlər üçün təşkil olunan müsahibə prosesini izləyiblər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olan nümayəndə heyətinə Mərkəzin fəaliyyət istiqamətləri və könüllülərin bu prosesdəki rolu barədə məlumat verilib. Qonaqlar mərkəzin benefisiarları və könüllülərinin iştirakı ilə təşkil olunan ustad yaradıcılıq dərslərində (master-klas) iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzinə də baş çəkib. Onlar burada DOST TV studiyasına da ekskursiya edərək qurumun media-kommunikasiya fəaliyyəti ilə yaxından tanış olublar.
İki günlük səfər müddətində Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin müxtəlif departamentlərində görüşlər keçirib, könüllülər üçün təşkil olunan adaptasiya təlimlərini, qrup layihələrinin təqdimatlarını və "Fərdi inkişaf" klubu çərçivəsində keçirilən sessiyaları izləyiblər.
Görüşlər zamanı qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
29 Iyun 2026 19:36
Bu sahədə kompleks islahatlar hazırlanır
29 Iyun 2026 19:32
Daha 7 tətbiq ilin sonunadək istifadəyə veriləcək
29 Iyun 2026 18:22
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - QƏRAR
29 Iyun 2026 17:43
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29 Iyun 2026 15:55
Əli qabarlı tələbə: yeni nəsil Qarabağda bərkimək istəyir?
29 Iyun 2026 15:16
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
29 Iyun 2026 15:09
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
29 Iyun 2026 12:51


Bakı -°C

