Pambıq emalı sexində yanğın olub

Ucarda yanğın olub.
FHN-dən Adalet.az-a verilən məlumata görə, Ucar şəhərində pambıq emalı sexində elevatorun içərisində 100 kiloqram pambıq tullantıları yanıb.
Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.