Parlamentin yaz sessiyası başa çatır - Növbədənkənar sessiya çağırılacaq

Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatacaq.
Adalet.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Parlamentin yaz sessiyasının sonuncu iclası mayın 30-da keçiriləcək.
Yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağrılması gözlənilir.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır.
Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Digər Xəbərlər

İlham Əliyev Ərdoğanla görüşdü

İlham Əliyev Türkiyədə səfərdədir

Qarabağı tərk edənlərdən peşmançılıq: Ay əclaf, nəyin çatmırdı?

İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul etdi

Putin: Xəzərin dayazlaşması ilə bağlı məsələ Prezident İlham Əliyev tərəfindən qaldırılıb

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Sahibə Qafarova Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb
